300 min insan ayı üçün xahiş etdi
18 İyul 2014 Cümə 23:58
Arturo adlı ayı Mendosa şəhərində beton korpusda tənha yaşayır.
300 min insan Argentinanın heyvanat parkında yaşayan ağ ayının Kanadaya köçürülməsi haqqında onlayn-xahişi imzalayıb.

ANS PRESS-in məlumatına görə, Arturo adlı ayı Mendosa şəhərində beton korpusda tənha yaşayır. Burada temperatur 40 dərəcə Selsiyə qədər qalxa bilər.

Xahişin müəllifləri Arturonu "dünyanın ən kədərli heyvan"ı adlandırırlar və iddia edirlər ki, onun davranışında depressiya əlamətləri gözə çarpır.

Heyvanı Kanadanın Vinnipeq heyvanat parkına köçürməyi təklif edənlər ayının orada heç olmasa 28 il ərzində ilk dəfə bir az hovuzda üzə biləcəyini düşünür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar