30 yaşdan böyüklər universitetə imtahansız girə biləcək
10 Dekabr 2010 Cümə 05:20
YÖK sədri həmçinin bunun ikinci təhsil almaq istəyənlər üçün də fürsət olacağını bildirib
Türkiyə “Ali Təsil Şurası”nın (YÖK) sədri professor Yusuf Ziya Özcan 30 yaşından yuxarı olanların universitetə imtahansız daxil ola biləcəyini deyib. Sədr bu barədə qərarı gələcək təhsil ilinə çatdırmaq istədiklərini bildirib. Bir neçə ildən sonra universitetlərin tələbə tapmaqda çətnlik çəkəcəyini bildirən Özcan bunun qarşısını almaq üçün bu addımı atdıqlarını deyib. Sədr həmçinin bunun ikinci təhsil almaq istəyənlər üçün də fürsət olacağını bildirib. Bunun özəl universitetlərdə tətbiq ediləcəyini deyən Yusuf Ziya Özcan dövlət ali məktəblərində boş qalan kvotalara da tələbə qəbulu olacağını bildirib. “İstədiyi fakultədə oxumaq istəyib bu fürsəti əldə edə bilməyən bir çox insan var. Bəzi kafedralar üçün xüsusi qabiliyyət imtahanı olacaq. Özəl universitet rəhbərliyi də bu fikrə müsbət yanaşır. Bu, gələcək təhsil ilinə çatdırılacaq”.
DOSTLARINLA PAYLAŞ: