30 minlik ordu havadan və qurudan əməliyyatlara başlayıb
03 Mart 2015 Çərşənbə Axşamı 01:35
Şəhərdə nəzarəti bərpa etmək üçün 30 minlik ordu ilə havadan və qurudan əməliyyat başlayıb.
İraq Tikrit şəhərinə nəzarəti bərpa etmək üçün 30 minlik ordu ilə havadan və qurudan əməliyyatlara başlayıb.

ANS TV-nin məlumatına görə, Bağdanın qərbində olan Tikrit şəhəri 9 ay əvvəl İŞİD terrorçularının əlinə keçib.

Əməliyyatda Amerika və Fransa hərbi təyyarələri, o cümlədən də ölkənin aşirətləri də dəstək veriblər. Tikrit şəhəri koalisiya qüvvələrinin hərbi müdaxiləsi ilə devrilərək, sonradan edam edilən Səddam Hüseynin vətənidir.

İŞİD də özünə məhz indiki hakimyyətə qəzəbli olan tikritlilər arsında rahatlıq tapırdı. Amma buna baxmayaraq orda da yollarına keçənləri, sözlərinə baxmayanları öldürürdülər.

İndi rəsmi İraq hökuməti Tikritlilərə səslənərək "İŞİD-ə yox, bizə dəstək olun" çağırışını edib. Hətta onların əfv edəcəklərinə də söz veriblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar