30 metrlik sarışın gözəlçə
03 Avqust 2011 Çərşənbə 16:09
Hamburqun qeyri-adi su pərisi
Qərblilər artıq nə icad edəcəklərini bilmirlər. Bu dəfə Hamburqda dənizdə çimən nəhəng sarışın gözəlçə hazırlayıblar. Nəhəng heykəlin suda ancaq çılpaq ayaqlarının bir hissəsi, çarpıcı boyalı dodaqları və gözləri görünür.



"Su pərisi" adlandırılan bu sarışın gözəlçənin 30 metr hündürlüyü və təxminən 2 ton ağırlığı var. Su pərisini reklam üzrə mütəxəssis Oliver Fossun təşəbbüsü əsasında hazırlanıb.
Ağlasığmaz təşəbbüsünü şərh edən Oliver Foss bu addımını Hamburqda qeyri-adi yaradıcı insanların olduğunu bir daha xatırlatmaq üçün həyata keçirdiyini deyib. Sarışın gözəlçə Binnenalster gölündə təxminən 9 gün qalacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar