28 yaşlı nənə
07 Mart 2011 Bazar Ertəsi 16:21
Britaniyalı gənc ana nənə olmağa hazırlaşır
28 yaşlı qız dünyanın ən gənc nənəsi ola bilər. Böyük Britaniyada 28-yaşlı Kelli Con nənə olmağa hazırlaşır. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Kellinin ilk övladı-qızı onun 14 yaşı olanda doğulub. İndi Tia adlı qız anasının taleyini təkrarlamağa hazırlaşır.

Kelli uşaq yaşında dünyaya gətirdiyi qızını özü tək böyüdüb. Bunun üçün də qızını ətraf mühitin təsirindən daha çox qorumağa çalışıb. Ancaq anasının sözünə qulaq asmayan Tia uşaq dünyaya gətirəcəyini açıqlayıb. İndi gənc nənə qorxur ki, nəvəsini də təkbaşına böyütməli olacaq.

Qeyd edək ki, indi dünyanın ən gənc nənəsinin 29 yaşı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar