28 yaşlı genc Gürcüstan daxili işler naziri olacaq
09 Noyabr 2013 Şənbə 19:53
Gelecek baş nazir İrakli Qaribaşvili bu gün fövqelade birifinq keçirib.
Gürcüstan daxili işlər naziri vəzifəsini Tiflis polis idarəsinin rəisi Aleksandr Çikaidze tutacaq. Bu barədə bu gün keçirdiyi fövqəaldə birifinqdə Gürcüstan daxili işlər naziri İrakli Qaribaşvili bildirib.
Daha öncə. Gürcüstan baş naziri Bidzina İvanişvili öz xələfinin Qaribaşvili olacağını bildirmişdi. Ehtimal edilir ki, Bidzina İvanişvili seçkilərdən bir həftə sonra istefa verəcək.
Aleksandr Çikaidze 1985-ci ildə polis ailəsində anadan olub. Tiflis polis idarəsindən öncə Kaxeti (Şərqi Gürcüstan) baş idarəsinə rəhbərlik edib.
DOSTLARINLA PAYLAŞ: