Misir polisi bu günlərdə Xurqada şəhərindən olan 25 yaşlı ofisiant qızı çoxərlilikdə ittiham edərək həbs edib. ANS PRESS-in "Əl-Məsri əl-Yaum" qəzetinə istinadən verdiyi xəbərə görə, həbs, qızın ərə getmək üçün seçdiyi növbəti oğlanın sevgilisinin əşyaları arasından toyadək imzalanan altı kəbin müqaviləsi aşkar etməsindən sonra baş verib.
Belə ki, gələcək ər sevgilisini döyəcəyi ilə hədələyərək onun ay yarım ərzində yeddinci dəfə ərə gedəcəyini etiraf etməsinə nail olub.
Polis aydınlaşdırıb ki, ofisiant hər altı-yeddi gündən bir ərə gedirmiş.
Hazırda qız həbsdədir və məhkəmənin qərarını gözləyir. Lakin o, heç nədə günahkar olmadığını, sevginin və kişi eqoistliyinin qurbanı olduğunu bildirib. /ANS PRESS/