25 uşaq zəhərlənmədən vəfat edib
28 İyul 2009 Çərşənbə Axşamı 16:50
25 uşaq zəhərlənmədən vəfat edib. Buna səbəb "ölümcül" parasetamol siropu olub.

 

Son iki həftə ərzində Banqladeşdə təqribən 1-5 yaş arasında olan 25 uşaq yerli əczaçılıq şirkətləri tərəfindən hazırlanmış parasetamol siropundan zəhərlənib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Banqladeşin səhiyyə naziri Raul Hakva məlumat verib.

Onun sözlərinə görə, siropun tərkibində zəif toksikoloji digtilenqlikol maddəsi aşkar olunub. Belə ki, bu maddədən toxuculuq sənayesində malların rənglənməsi və dəri məmulatlarının təkrar emalında istifadə edilir.

Səhiyyə naziri bildirib ki, dərman istehsalçısının digtilenqlikolu parasetamola əlavə etməsinə onun parasetamol siropunda həlledici qismində istifadə olunan propilenqlikoldan 10 dəfə ucuz olması səbəb olub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar