25 il öncə Əfqanıstanda vuruşurdular
15 Fevral 2014 Şənbə 19:26
Bu gün Əfqanıstan müharibəsi iştirakçılarının sosial təminat məsələsində çətinliklər var.
"Vətən uğrunda" deyib 1941-45-də alman faşizminə qarşı vuruşduğumuz kimi əsrin sonlarında 79-89 –cu illərdə də SSRİ-Əfqanıstan müharibəsində minlərlə azərbaycanlı döyüş yolu keçib.
10 minə yaxın Əfqanıstan müharibəsi iştirakçısından itkin düşənlər də oldu, həlak olanlar da, ömürlük əlillik qazananlar da. Qazandığımız həm də bu oldu ki, vaxt keçdi, öz torpaqlarımız, Qarabağ uğrunda döyüşlərdə müharibə görmüş, təcrübəli əfqan döyüşçüləri karımıza gəldi. 4500 Əfqanıstan müharibəsi iştirakçısı Qarabağda döyüşüb, 7 nəfər milli qəhrəman adı qazanıb. Bu gün isə Əfqanıstan müharibə iştirakçıları üçün onunla əlamətdardır ki, düz 25 il əvvəl SSRİ qoşunlarını Əfqanıstandan geri çəkdi. SSRİ müharibə bitməmiş geri çəkildi, Necə deyərlər, ziyanın yarısından qayıtmasaydı, itirdikləri daha çox olacaqdı. 1982-ci ildə döyüşə yollanan Məhəddin Rüstəmov da çox döyüş yoldaşlarını müharibədə itirib. Müxtəlif qoşun növlərində xidmət keçib. Dediyinə görə, canlı-cüssəli olduğuna görə ən çətin tapşırıqları ona həvalə edirlərmiş. Yüksək xidmətlərinə görə Sovet ordusu tərəfindən medallarla da təltif olunub.
Əfqanıstan müharibə iştirakçısı, Məhəddin Rüstəmov: “Orda partizanlar var idi. Döyüşürdü , könüllü ailəsinin dolandırırdı. Biz qabaqda gedirdik, onlar arxada. Onlara çörək verirdilər, bizə suxarı, dişimiz məhd olurdu”.
Amma Məhəddin bir dişinə də ziyan dəymədən 2 il 6 aylıq xidmətini başa vurur. Vaxt keçdi, keçmiş Əfqan döyüşçüsü Qarabağ qazisinə çevrildi. Müharibə görmüş adam kimi 5 il də Qarabağın müxtəlif bölgələrində bu dəfə öz vətəni qarşısında öz borcundan çıxdı.
Əfqanıstan müharibə iştirakçısı, Məhəddin Rüstəmov: “Heydər Əliyev çağırış elədi. Əziz Əfqan qardaşlarım, vətən dar gündədir, biz Əfqan döyüşçüləri sıx birləşdik və batalyonlar yaratdıq. Füzuli, Ağdam, Şuşada vuruşdum. Şəxsən Daşaltı əməliyyatnda iştirak etmişəm”.
Lakin bu gün Əfqanıstan müharibəsi iştirakçılarının sosial təminat məsələsində çətinliklər var. Onlar cəmi 37 manat müavinət alırlar. Son günlərə kimi onların bəzisinə avtomobil verilib. 2002-ci ilə qədər isə onlar kommunal xərclərin ödənməsinə kompensasiya da alırdılar.
DOSTLARINLA PAYLAŞ: