24 min dollarlıq "Qurani-Kərim"
31 Avqust 2011 Çərşənbə 18:29
Astanada satışa çıxarılan bu nadir kitab əl işidir
Qazaxıstanın paytaxtı Astanada satışa qiyməti 3,5 milyon təngə (24 min dollar) olan “Qurani-Kərim” çıxarılıb. “Meloman” şirkətinin nümayəndəsinin sözlərinə görə, cəmi 50 nüsxə çap olunan bu nadir kitab əl işidir, hətta nəşrin vərəqləri də kustar üsulla hazırlanıb.

Kitabın cildi təbii dəridəndir, onu brilyant cilalı fionitlər və 900 əyarlı gümüş naxışlar bəzəyir. Nəşr üçün futlyar nadir qırmızı ağacdan hazırlanıb.

Onun sözlərinə görə, kitabların hər biri nadir nüsxə sayılmalıdır. Belə ki, nəşrin bəzək elementləri bir-birindən fərqlənir. Hələlik satışa iki belə “Qurani-Kərim” çıxarılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar