24 ay ərzində 2 milyard dollar
13 Dekabr 2010 Bazar Ertəsi 18:00
Beynəlxalq donor təşkilatları 2011-ci ilin birinci yarısında Gürcüstana 500 milyon dollar ayıracaq
İki il ərzində Gürcüstan donor təşkilatlarından 2 milyard dollar həcmində maliyyə yardımı alıb. Bu barədə Gürcüstanın maliyyə naziri Kaxa Bainduraşvili məlumat verib. Bu vəsait infrastruktur, energetika layihələrinin maliyyələşdirilməsi, eləcə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Ümumilikdə isə donorlar Gürcüstana təxminən 4,5 milyard dollar vəsait təqdim edəcək.

2011-ci ilin birinci yarısı üçün Gürcüstan hökuməti 500 milyon dollar almağı planlaşdırır. Hökumət maliyyə vəsaitinin artırılacağını da istisna etmir.

Qeyd edək ki, Gürcüstana maliyyə vəsaitinin təqdim edilməsi haqda qərar 2008-ci ilin oktyabr ayında Brüsseldə keçirilən konfransda verilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar