234 qızın qaçırılması ölkəni ayağa qaldırdı
01 May 2014 Cümə Axşamı 11:03
Nigeriyada terrorçu qruplaşma tərəfindən qaçırılan qızların digər ölkələrə satıldığı iddia edilir.
Nigeriyada 2 həftə əvvəl 230-dan çox qızın "Boko-Haram" terror qruplaşmasının üzvləri tərəfindən qaçırılması ölkəni ayağa qaldırıb. ANS PRESS-in məlumatına görə, Borno vilayətində baş verən insident zamanı qruplaşma üzvləri yataqxanada qalan yetkinlik yaşına çatmayan qızları silah gücü ilə yük maşınlarına dolduraraq, naməlum istiqamətdə aparıblar.

Qızların anaları və qohumları paytaxt Abucaya gələrək, Nigeriya parlamentinin binası önündə aksiya keçiriblər. Ailələr qızlarının qaçırılması məsələsində hökumətin hərəkətə keçməsini tələb ediblər. Analar qızlarının xarici ölkələrə satıldığını ehtimal etdiklərini bildiriblər.

Yerli kütləvi-informasiya vasitələri də qaçırılan qızların Çad kimi qonşu ölkələrin sərhədində satıldığını, onların evlənmək məqsədilə alındığını iddia edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar