23 milyard dollarlıq cərimə
20 İyul 2014 Bazar 07:58
Bu məbləği tütün şirkəti ağciyər xərçəngindən ölənin ailəsinə verəcək.
Bu indiyə qədər fərdi şəxsə verilən ən böyük kompensasiyadır.

ABŞ-ın Florida ştatının məhkəməsi ölkənin ikinci böyük tütün kompaniyası olan “R.J. Reynolds Tobacco”nun ağ ciyər xərçəngindən ölən siqaret çəkənin ailəsinə 23,6 milyard dollar ödəməsi barədə qərər qəbul edib. ANS PRESS-in məlumatına görə, "Reynolds Tobacco" şirkətinə qarşı iddia 2008-ci ildə irəli sürülüb. İddianı 1996-cı ildə 36 yaşında həlak olan Maykl Consonun həyat yoldaşı Florida ştatının Pensakola şəhərinin sakini Sintiya Robinson irəli sürüb. Robinsonun maraqlarını təmsil edən vəkil Kris Çestnatın bildirdiyinə görə, Conson 13 yaşından başlayaraq siqaret çəkməyə başlayıb və siqaret “norma”sı isə günə 3 qutu olub. “O sadəcə dayana bilmirdi. Hətta öldüyü gün belə siqaret çəkirdi” - deyə, Çesnat bildirib.

Məhkəmə 4 həftə çəkib. Bu zaman ərzində vəkillər tütün nəhənginin insanların siqaretdən çəkinməsi naminə çox az iş gördüyünü və bu Consonun siqaret asıllığına səbəblərdən biri olduğu üçün onun ölməsi ilə nəticələndiyini isbat etməyə çalışıblar. İlk öncə and içmiş münsiflər heyyəti qərara gəlib ki, "Reynolds Tobacco" Robinson və onun Consondan olan uşağına 16,8 milyon dollar pul ödəməlidir. Lakin daha 7 saat çəkən müzakirələrdən sonra münsiflər ödəniləcək məbləği 23,6 milyard dollar səviyyəsinə qaldırıblar. Məbləğ ştat tarixində fərdi şəxsə ödəniləcək ən böyük cərimələrdən biri olub.

"Reynolds Tobacco" şirkətinin vitse-prezidenti Cefri Reboncəriməni “həddindən artıq şişirdilmiş və ştat qanunlarına eləcədə konstitusiyon haqqlara zidd” kimi qiymətləndirib. “Bu hökm bütün məntiq və ədalət çərçivələrindən kənardır və bu qərara etiraz edəcəyik”- deyə Rebon bildirib.

Robinsonun bir digər vəkili Villi Qerinin sözlərinə görə iddianın imzalanma səbəblərindən ən əsası o idi ki, tütn şirkətləri bir daha öz reklam kompaniyalarında uşaqlardan istifadə etməsinlər. “Bu vəziyyəti dəyişmək və insanların həyatını qurtardığımızı bilsəydik, bir sent belə almamağımız bizim üçün heçnə olardı.”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar