22 qadın hamamda huşunu itirdi
14 Aprel 2012 Şənbə 05:09
Hadisəyə səbəb qadınların kəskin xlor iyindən zəhərlənməsi olub.
Türkiyədə hamamda yuyunan 22 qadın huşunu itirərək təcili yardımla xəstəxanaya çatdrılıb. “İhlas” agentliyinin (İHA) yaydığı məlumata görə, hadisə dünən günorta radələrində Eskişehir şəhərindəki “Demirkazık” hamamında baş verib. Hadisəyə, hamamı təmizləmək üçün gətirilən xlor (CI) bidonunun aşması və 2 nəfəri azyaşlı olan 22 qadının kəskin iydən zəhərlənməsi səbəb olub.
Qadınlar şəhər xəstəxanası qadın xəstəlikləri şöbəsinə çatdırılıb. Hazırda onlar4ın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: