21 dekabrla bağlı iddialar Şirincə kəndini məşhur edib.
Türkiyənin İzmir şəhərində 21 dekabrda dünyanın sonu şayiələri ilə bağlı mahnı bəstələnib. “Qiyaməti-Şirincə” adlı mahnını “Şirincə” pop-qrupu bəstələyib. Qrup üzvləri hətta mahnıya klip də çəkdiriblər. 6 ildir ki, musiqi sahəsində çalışdıqlarını bildirən qrup üzvləri qiyamət şayiələri ilə bağlı kəndlərinin kifayət qədər məşhurluq qazandığını və belə bir fürsətdən istifadə etmək istəklərini qeyd ediblər.
Qeyd edək ki, Türkiyə İzmir vilayəti Selcuq rayonuna bağlı kənd olan Şirincənin qiyəmətdə zərər görməyəcəyi barədə iddialar var.