21 azarkeşə ölüm hökmü
09 Mart 2013 Şənbə 18:36
Bu, Misirdə yenidən iğtişaşlara səbəb olub.
Misir məhkəməsinin 2012-ci ilin fevralında Port-Səid şəhərində futbol oyunu zamanı iğtişaşlar törədən 21 azarkeşə ölüm hökmü, daha 5 nəfərə isə ömürlük həbs cəzası verməsi yeni iğtişaşlara səbəb olub.

Qahirədə cəza almış “Əl-Əhli” futbol klubunun azarkeşlərinin tərəfdarları Misir Futbol Federasiyasının baş ofisinə hücum edərək, binanı yandırıblar. Polis məntəqəsində də yanğın törədilib.

Port-Səid şəhərində isə nümayişçilər Süveyş kanalı ərazisində toplaşaraq, məhkəmənin qərarına etiraz ediblər. Yüzlərlə etirazçı əsas limana gedən yolu bağlamağa cəhd edib.


Qeyd edək ki, məhkəmənin ölüm hökmü və ömürlük həbs cəzası verdiyi şəxslər arasında polis əməkdaşları da var. Port-Səid şəhərinin təhlükəsizlik xidmətinin keçmiş rəisi, general-mayor Essam Samak isə 15 il müddətinə həbs cəzası alıb.

Xatırladaq ki, ötən ilin fevralında Port-Səid şəhərində futbol oyunu zamanı iğtişaşlarda 74 nəfər ölmüşdü.



DOSTLARINLA PAYLAŞ:

oyunlar