2014-cü ilin dövlət büdcəsi Ermənistanı iflasa aparır
28 Oktyabr 2013 Bazar Ertəsi 11:39
Bu gün Ermənistan parlamentində deputat komissiyaları 2014-cü il üçün dövlət büdcəsini müzakirə edəcək.
Bu gün Ermənistan parlamentində deputat komissiyaları 2014-cü il üçün dövlət büdcəsini müzakirə edəcək. Bu Zaqafqaziya ölkəsinin baş naziri Tiqran Sarkisyan bir qədər əvvəl dövlət büdcəsinin 100 milyard drama çatdırılacağını bildirmişdi. Təbii bir sual ortaya çıxır, bu pullar haradan götürüləcək və ən əsası isə büdcənin artımı biznes üçün yeni yük olmayacaqmı?
Parlamentin deputatı Vaqe Ovannisyan İrəvanın “Çoqqord işxanutyun” qəzetində “2014-cü ilin dövlət büdcəsi Ermənistanı iflasa aparır” adlı məqaləsində hesab edir ki, büdcənin nəzərdə tutulan artımı vergini artıracaq və bu da böyük və kiçik bizneslərin dağılmasına səbəb olacaq. Biz əgər miqrasiyanın artımından danışırıqsa, deməli adamlar öz bizneslərini bağlayaraq ölkəni tərk edirlər. Deputat hesab edir ki, qeyri-düzgün iqtisadi siyasətə görə, Ermənistanda biznes sahəsi daralır. Bu azmış kimi hər ay işsizlərin sayı artır.
Bu ölkəmizi çətinliklə dolandıran biznesi boğmaq üçün ən yaxşı vasitədir. Qəzetin yazdığına görə, büdcənin artırılması Eermənitanın öz oturduğu ağacın budağını kəsməsidir.
DOSTLARINLA PAYLAŞ: