2011-ci ilin Gonbul gözəli
13 Dekabr 2010 Bazar Ertəsi 07:25
Növbəti müsabiqədə 2011-ci ilin gonbul gözəli 1.70 metr boylu 90 kq ağırlıqda olan Marion Boqert seçilib
2005-ci ildən virtual olaraq keçirilən və bu il ilk dəfə podiumda təşkil olunan Fransa gonbul gözəllik müsabiqəsi tamaşaçıların rəğbətini qazanıb. Müsabiqənin təşkilatçıları məqsədlərinin ağır çəkili qadınları bu komplekslərindən xilas etmək olduğunu bildirib.
Qeyd edək ki, növbəti müsabiqədə 2011-ci ilin gonbul gözəli 1.70 metr boylu 90 kq ağırlıqda olan Marion Boqert seçilib. 2011-ci il Fransanın gonbul gözəli seçildiyi üçün qürurlu olduğunu deyən Marion yerli və xarici platformlarda Fransanı layiqli şəkildə təmsil etmək üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: