200 tutuquşu sərxoş oldu
04 İyun 2010 Cümə 20:50
200 tutuquşu sərxoş oldu. “Lorikeet” cinsli tutuquşular ayaq üstə dura bilmirlər.
Avstraliyada iki yüzə yaxın tutuquşu bilinməyən bir səbəbdən sərxoş olub. Zooparkda saxlanılan “Lorikeet” cinsli tutuquşular ayaq üstə dura bilmirlər. Müvazinətlərini saxlaya bilməyən quşlar uçmaqda da çətinlik çəkirlər. Sağa-sola yıxılan quşların bəziləri isə sərxoş insanlar kimi yerə uzanaraq yatırlar.
Veterenarlar isə problermin həllində hələlik heç bir nəticə əldə edə bilməyiblər. Əvvəlcə təhlükəsizlik kameralarını nəzərdən keçirən zoopark işçiləri quşlara alkaqollu maddələrin verilməsi ilə bağlı heç nə aşkar edə bilməyiblər. Hazırda quşları ayıltmaq üçün onlara bol miqdarda su içizdirilir, meyvələr verilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: