200 somalili piratlıqdan əl çəkdiyini bəyan edib
26 May 2009 Çərşənbə Axşamı 01:10
Onlar bunun qarşılığında qonlarma Puntlend muxtar bölgəsinin həakimiyyəti tərəfindən əfv olunub

Somalidə təqribən 200 pirat cinayətkar fəaliyyətdən imtina edib və qondarma Puntlend muxtar bölgəsinin həakimiyyəti tərəfindən əfv olunub. ANS PRESS, BBC-yə istinadən zəbər verir ki, piratlar nəinki quldurluq həyatına son qoyacaqlarını vəd ediblər, həm də digər Somali piratlarını girov götürülmüş gəmiləri azad etməyə çağırıblar.
Xatırladaq ki, 1991-ci ildən Somalidə mərkəzi hakimiyyət mövcud və ölkə kriminal klanların idarə etdiyi bir neçə vilayətə bölünüb. Somalidə son illər ərzində yüksək gəlirli biznes sahəsi kimi dəniz quldurluğu geniş yayılıb. 2007-2008-ci illərdə isə Somali sahillərindən keçən gəmilərə edilən hücumlar cidddi beynəlxalq problem halına gəlib. Somalidəki mütəşəkkil cinayət dəstələr tərəfindən dəstəklənən piratlar xarici gəmiləri ələ keçirir və onların azad edilməsi müqabilində fidyə tələb edir. 2008-ci ilin əvvəlindən gəmilərə 120 hücum qeydə alınıb, 35 gəmi girov götürülüb, fidə tələbi ilə 600 dənizçi saxlanılıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar