200 min nəfər qazsız qalıb
19 Dekabr 2009 Şənbə 22:55
Qaz təchizatının pozulması elektrikötürücü xətlərin çəkilməsi zamanı baş verib
Rusiyanın Voronej şəhərində qaz təchizatında yaranan problem səbəbindən ümumilikdə 200 min nəfərin yaşadığı yaşayış evlərinə qaz verilişi dayandırılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) vilayət idarəsindən verilən məlumata görə, qaz təchizatının pozulması elektrikötürücü xətlərin çəkilməsi zamanı baş verib.
Hazırda hadisə yerində FHN-in mütəxəssisləri çalışır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: