200 kiloqramlıq kişini təyyarəyə buraxmadılar
22 İyun 2010 Çərşənbə Axşamı 17:55
32 yaşlı ingilis ölüm ayağındakı qohumu ilə görüşə bilməyib.
32 yaşlı britaniyalı Sendi Rassell ölüm ayağında olan qohumu ilə vidalaşa bilməyib. Buna səbəb isə qeydiyyatdan keçdikdən sonra təyyarəyə minən sərnişinin “Air Transit” şirkətinin əməkdaşları tərəfindən təyyarədən aşağı düşürülməsi olub. Stüardessa bir standart oturacağa yerləşməyən 203 kiloqram çəkili sərnişindən uçuş üçün ikinci biletin pulunu ödəməyi tələb edib.
Şirkət nümayəndələri sərnişinə bildiriblər ki, o uçuş üçün 1564 dollara ikinci bileti almalıdır. Ölüm ayağında olan xalası ilə vidalaşmaq üçün Londondan Torontoya uçmalı olan sərnişin ikinci bileti ala bilmədiyi üçün geri qayıtmaq məcburiyyətində qalıb. Sonradan məsələnin bu qədər ciddiləşəcəyini gözləməyən şirkət rəsmiləri bu cür qərar qəbul edilməsini sərnişinin çəkisinin tələb olunan texniki təhlükəsizlik qaydalarına uyğun gəlməməsi ilə izah ediblər.
Əvvəlcədən bu cür problemin yarana biləcəyi barədə xəbərdar edilmədiyini bildirən sərnişin isə hazırda şirkətin üzürxahlığını da qəbul etmir. Sərnişinin məhkəməyə müraciət etməməsi üçün biletin pulu şirkət tərəfindən geri ödənilsə də, bu da sərnişini razı salmayıb. Ölkədə isə aviaşirkət əməkdaşlarının kobudluğu ilə bağlı qızğın mübahisələr gedir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: