20 min avtomobilin iştirakı ilə eriraz aksiyası keçiriləcək
20 Mart 2010 Şənbə 15:40
Aksiya Tailandda baş tutacaq
Tailandda müxalifətin etiraz aksiyaları davam edir. “Qırmızı köynəklilər” adlandırılan müxalifət tərəfdarları paytaxt Bankonq küçələrində 20 mindən çox avtomobilin də iştirakı ilə etiraz nümayişi planlaşdırıldığını açıqlayıblar.

Fəallar bunun hakimiyyət əleyhinə ən böyük nəqliyyat etiraz aksiyası olacağını iddia edirlər. Ölkədə görülən yüksək təhlükəsizlik tədbirlərinə baxmayaraq insidentlərdən yaxa qurtarmaq mümkün olmayıb.

Yerli mətbuatın məlumatına görə, şəhərin mərkəzində bir neçə kiçik həcmli partlayıcı qurğu işə salınıb. Partlayışlar nəticəsində xəsarət alanların olmadığı bildirilir. Ölkəni bürüyən etiraz aksiyalarının əsəs səbəbi isə keçmiş baş nazir Taksin Çinavatranın tərəfdarlarının hazırkı hakimiyyətin istefaya getməsi barədə irəli sürdüyü tələblərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar