20 ildir daş yeyən qadın
13 İyul 2012 Cümə 17:55
Amerikalı Teresa Uidener həftədə 2 kiloqrama yaxın daş yeməyəndə özünü pis hiss edir.
Amerikalı Teresa Uidener artıq 20 ildir ki, daş yeyir. AzərTAc xəbər verir ki, Virciniya ştatındakı Bedford şəhərində yaşayan 45 yaşlı Teresa depressiyaya düşəndə, darıxanda və ya qəmlənəndə daş axtarır.

İki uşaq anası olan Teresa indi hamilədir. Onun dediyinə görə, həftədə 2 kiloqrama yaxın daş yeməyəndə özünü pis hiss edir.Ən çox xoşladığı iş isə şəhər kənarına gəzintiyə çıxanda topladığı daşları evdə kiçik parçalara bölərək yeməkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar