20 ildən çox həbsxanada olanlar azad ediləcək
20 Avqust 2010 Cümə 06:30
Ölkə rəsmiləri həbsxanalarda yer qalmadığı üçün bu addımı atır.
Banqladeşdə həbsxanalarda yer qalmadığı üçün məhbusların bir çoxu azadlığa buraxılacaq. Ədliyyə nazirliyinin həbsxanalar üzrə müfəttişi Əşrəfül İslam Xan jurnalistlərə verdiyi açıqlamada 20 il və daha çox həbsdə olanların buraxılacağını deyib. İslam Xan hazırda 1000 nəfərlik siyahı hazrladıqlarını və onların buraxılacağını bildirib.

Qeyd edək ki, Banqladeşdə maksimum 30 min nəfərlik 67 həbsxanada 77 min məhkum var.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar