20 il qürbətdə yaşayan müxalifətçi vətən torpağını öpdü
29 İyun 2012 Cümə 06:33
Fransada yaşayan Burhan Qalyun 20 ildən sonra Suriyaya qayıdıb.
Suriya Milli Şurasının keçmiş lideri, Fransada yaşayan Burhan Qalyun 20 ildən sonra ölkəsinə qayıdıb. Məlumata görə, sabiq lider Suriyanın keçmiş prezidenti Hafiz Əsədin əmri ilə 1982-ci ildə Həma şəhərində törədilən kütləvi qətliamdan sonra ölkəni tərk etmişdi. Azad Suriya ordusunun üzvləri ilə şəhəri gəzən Qalyunun diz çökərək torpağı öpdüyü zaman çəkilən həvəskar görüntülər internetdə yayılıb. Qeyd edək ki, Burhan Qalyun İdlib şəhərindədir.