2 kilometr uzunluğunda iftar süfrəsi
06 Avqust 2011 Şənbə 13:35
Türkiyənin Rize şəhəri bu rekorda imza atıb.
Türkiyədə ənənəvi olaraq iftar süfrəsinin açıldığı Ramazan ayı şənliklərində bir rekorda imza atılıb. Belə ki, Rize şəhərində uzunluğu nə az-nə çox 2 kilometrə çatan iftar süfrəsi təşkil edilib. Nəhəng masa arxasında 4000-dən çox adam öz orucunu açıb.
Bir həftə əvvəldən hazırlıqlarına başlanılan iftar süfrəsi ilə əlaqədar şəhərin mərkəzi nəqliyyatın hərəkəti üçün bağlanıb. Uzun iftar süfrəsi Rizedə hələ 10 gün oruc tutanlar üçün açılacaq. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar