19 yaşlı sörfinqçini akula parçaladı
23 Oktyabr 2010 Şənbə 10:10
Hadisə Birləşmiş Ştatlarda baş verib. 19 yaşlı sörfinqçini akula parçalayıb.
Amerikanın Kaliforniya ştatında sörfinqlə məşğul olan 19 yaşlı idmançı köpək balığının qurbanı olub. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, hadisə Los-Ancelesin 200 kilometrliyində yerləşən Serf Beach çimərliyində baş verib.

Akula yeniyetməyə sahildən 30 kilometr aralıda olarkən hücum edib və idmançıya ciddi xəsarət yetirib. Gənc sörfinqçi sahilə çıxa bilsə də çoxlu qan itirdiyinfən onun həyatını xilas etmək mümkün olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar