19 noyabr Ümumdünya Tualet Günüdür
19 Noyabr 2010 Cümə 06:45
22 il əvvəl Benazir Butto Pakistanın prezidenti seçilib
Bu gün Ümumdünya Tualet Günüdür. 2002-ci ilin bu günü proqressiv dünya ictimaiyyəti ilk dəfə olaraq ən orijinal və şən bayramlar ənənəsindən törəmiş Ümumdünya Tualet Gününü qeyd etdi. Qeyd edək ki, bu tarix 2001-ci ildə Sinqapurda keçirilən tualet problemlərinə həsr olunmuş beynəlxalq konfransda qəbul edilib. Konfransın Sinqapurda keçirilməsi təsadüfi deyil, çünki Sinqapur ayaqyolundakı «kliniki» təmizliyi ilə məşhurdur.
1493-cü ildə Kolumb Puerto Riko adasını kəşf edib
194 il əvvəl Varşava Universiteti təsis edilib
Hindistanın məşhur siyasi xadimi İndira Qandi 93 il əvvəl dünyaya gəlib
1938-ci ilin bu günü Atatürkün nəşi İstanbuldan Ankaraya gətirilib
Əfqanıstan, İslandiya və İsveçin BMT üzvlüyünə qəbul edilməsindən 64 il keçir
1977-ci ildə Misir prezidenti Ənvər Sadat İsrailə səfər edən ilk ərəb lideri olub
31 il əvvəl Keçmiş SSRİ-də ilk sürət qatarı Moskva-Leninqrad reysi ilə hərəkətə başlayıb
ABŞ prezidenti Ronald Reyqanın Cenevrədə Sovet lideri Qorbaçovla görüşündən 25 il keçir
1987-ci ildə 1931-ci il istehsalı olan 'Bugatti Royale' hərrac yolu ilə 5,5 milyon dollara satılıb
Məşhur sovet kinorejissoru Leonid Qaydarın ölümündən 17 il keçir
Bu gün şüşə sənayesi işçilərinin peşə bayramıdır
DOSTLARINLA PAYLAŞ: