1995-ci ildə oğurlanan maşın dünən sahibinə qaytarılıb.
Ötən gün Turkiyədə oğurlanan avtomobil 18 il sonra tapılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mehmet Yüksel Meriçinin 18 il əvvəl Bursada oğurlanan maşını Manisada tapılaraq sahibinə qaytarılıb.
Bursada 21 sentyabr 1995-ci ildə oğurlanan maşın Manisadakı avtomobil yoxlama mərkəzidə təmir olunarkən maşının oğurluq olduğu ortaya çıxıb. Avtomobil sahibi maşını başqasından aldığını deyib. Polis maşını oğurlayıb satan adamın tapılması barədə araşdırmalara başlayıb.
Artıq maşının tapılmasına ümidini itirdiyini deyən Mehmet Meriç polislərə təşəkkür etməyi də unutmayıb.