170 min Ermənistan vətəndaşı Rusiyaya buraxılmayacaq
09 Aprel 2014 Çərşənbə 22:48
Əmək lisenziyası olmayan ermənilər də başqa MDB vətəndaşları kimi Rusiyaya yalnız 3 ay müddətinə gedə biləcəklər.
Moskvada Rusiya federal miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski ilə Ermənistan dövlət miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan arasında bağlanmış memorandum erməni əmək miqrantlarının ümidini puç edib.
ANS PRESS-in məlumatına görə, bağlanmış sənəddə erməni əmək miqrantları üçün heç bir güzəşt nəzərdə tutulmur. Yəni əmək lisenziyası olmayan ermənilər də başqa MDB vətəndaşları kimi Rusiyaya yalnız 3 ay müddətinə gedə biləcəklər. Halbuki, Qırğızıstan və Tacikistan vətəndaşları 3 il müddətinə Rusiyada qalaraq fasiləsiz işləyə bilərlər. Ermənistan mətbuatı belə bir icazənin ölkənin Gömrük İttifaqına girməsindən sonra verilə biləcəyini vurğulayır.
Rusiyanın Ermənistandakı səfirliyinin miqrasiya siyasəti üzrə əməkdaşı Svetlana Stepanova bildirib ki, təxminən 170 min Ermənistan vətəndaşı risk zonasına düşə bilər və onların Rusiyaya girişi qadağan edilə bilər. Stepanova bildirib ki, 2013-cü ildə Ermənistandan Rusiyaya 670 min vətəndaş gedib ki, bu da 2012-ci ilin göstəricisindən 20% çoxdur.
DOSTLARINLA PAYLAŞ: