170 milyard dollar ofşor hesablara köçürübler
11 May 2013 Şənbə 22:57
Kanada büdcəsinin illik ziyanı 7,8 milyard dollar təşkil edir.
Kanadalılar 12 ölkədə ofşor hesablara 170 milyard dollar pul köçürüblər. “Kanadalılar- ədalətli vergilər naminə” ictimai təşkilatın icraçı direktoru Dennis Haulett bildirib ki, həmin məbləq illik ÜDM-in 10 faizinə bərabərdir.
Kanadanın ÜDM-i 1,8 trilyon dollar təşkil edir.
Eskpertlər müəyyən edib ki, Kanada vətəndaşları ən çox Barbados (59 milyard dollar), Kayman adaları (30 milyard) və Lyüksembruqdakı (20 milyard dollar) ofşorlara pul köçürürlər. Hər il Kanada büdcəsinə vergi kimi daxil olmalı 7,8 milyard dollar ofşorlara gedir.
DOSTLARINLA PAYLAŞ: