17 nəfər bir ağacın altında qalaraq həlak oldu
31 May 2010 Bazar Ertəsi 18:25
17 nəfər bir ağacın altında qalaraq həlak oldu. Hadisə Hindistanın şimalında baş verib.
Hindistanın şimalında baş verən qasırğada 17 nəfər həlak olub. Leysan yağışı ilə müşayiət olunan şiddətli qasırğa iri köklü ağacları yerindən çıxarıb. Uttar-Pradeş ştatında ağacın tikilin üzərinə düşməsi nəticəsində dağıntılar altında 17 nəfərin qalaraq həlak olduğu bildirilib. Bir neçə ştatı əhatə edən təbii fəlakət nəticəsində avtomobil və dəmir yolları sıradan çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: