17 il cəza çəkdi və günahsızlığı sübut olundu
22 Oktyabr 2009 Cümə Axşamı 00:35
63 yaşlı yaponiyalı 17 il sonra bəraət alıb
Yaponiyada dörd yaşlı qızın qətlinə görə məhkum edilən və 17 il həbsdə qalan 63 yaşlı Toşikazu Suqayya işə yenidən baxılarkən bəraət alıb.
Bu il keçirilən müayinələr zamanı müəyyən edilib ki, Toşikazu Suqayya qətl zamanı cinayət yerində olmayıb. Bu fakt üzə çıxdınqdan sonra 63 yaşlı yaponiyalı həbsdən buraxılıb. O, 17 il əvvəl ömürlük azadlıqdan məhrum edilmişdi. Həmin vaxt polisdə ifadə verən Toşikazu Suqayya cinayəti törətdiyini etiraf etmişdi. Lakin sonradan o verdiyi ifadələrdən imtina edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar