160 iraqlını öldürən amerikalı snayper öldürüldü
05 Fevral 2013 Çərşənbə Axşamı 11:00
Kriss Kayl poliqonda qətlə yetirilib
Amerika ordusunda hərbi xidməti ərzində 160 nəfəri öldürən snayper Kriss Kayl yaşadığı Texas ştatında İraq müharibəsi veteranı tərəfindən güllələnib. 2012-ci ildə “Amerikalı Snayper” kitabını buraxan Kayl hərbi xidməti ərzində 4 dəfə İraqda olub.

İraqdakı müqavimət qrupları Kriss Kaylın öldürülməsinə görə 20 000 dollar mükafat versələr də,bunu heç kəs bacarmayıb. 38 yaşlı Kaylın İraqdan döndükdən sonra yazdığı “Amerikalı Snayper” adlı kitabı Amerikada ən çox satılan kitablar siyahısındadır.

Kriss Kayl İraq savaşında travma alaraq psixologiyası pozulan bir əsgəri 25 yaşlı Edi Rouçu yenidən silaha alışdırmaq üçün Texasdakı bir poliqona gedib. Ancaq poliqonda məlum olmayan səbəbdən Edi Rouç yaxın məsafədən atəş açaraq Kriss Kaylı öldürüb.

Pentaqonun rəsmi məlumatlarına görə Kriss Kayl 160 iraqlını qətlə yetirib. Snayperin özü isə vaxtı ilə 250 nəfəri öldürdüyünü deyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar