153 metr uzunluğunda körpünü sel yuyub
27 İyul 2010 Çərşənbə Axşamı 22:15
Çində baş verən hadisə zamanı onlarla insan həlak olub.
Çinin Henan əyalətində güclü sel axını qarşısında tab gətiməyən körpünün uçması onlarla insanın ölümünə səbəb olub. Hələlik 37 nəfərin öldüyü, 19 nəfərin isə itkin düşdüyü bildirilir.

Aramsız yağışlardan sonra əyalətin Luançuan rayonunda məcrasından çıxan çay 153 metr uzunluğundakı körpünü dağıdıb. Bu zaman körpünün üzərində olan şəxslərdən yalnız altı nəfər ölümdən yaxa qurtara bilib.

Henan əyalətində üç gün ərzində leysan yağışları nəticəsində 52 nəfərin öldüyü, 200 min nəfərin isə evakuasiya olunduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar