15 yaşlı qoca
14 May 2013 Çərşənbə Axşamı 12:45
Qoca görünüşlü qızın dişləri tökülür və dərisi qırışır.
Londonda yaşayan 15 yaşlı gənc qız 45 yaşlı qadın kimi görünür. ANS PRESS-in məlumatına görə, Zara adlı yeniyetmə qız nadir bir xəstəlikdən əziyyət çəkir.

Xəstəliklə əlaqədar olaraq orta məktəbdə oxuyan Zaranın dişləri tökülür və dərisi qırışır. Qız gənc qalmaq üçün daima kosmetik prosedurlardan keçmək məcburiyyətindədir. Hələlik həkimlər qızın dərdinə çarə tapmaqda çətinlik çəkirlər.

Yaxınların diqqətindən razı olsa da, tanımayanların onunla yaşlı qadın kimi davranışı nəticəsində psixoloji sarsıntı keçirir.










DOSTLARINLA PAYLAŞ:

oyunlar