15 yaşlı qız “Qurani Kərim”i yandırdı
26 Noyabr 2010 Cümə 08:10
Yeniyetmə qız dini ayrı-seçkiliklə təxribat törətməkdə ittiham olunur
İngiltərədə 15 yaşlı qız müsəlmanların müqəddəs kitabı “Quran”ın ingilis dilində tərcüməsini yandıraraq törətdiyi hadisənin şəkillərini “Facebook”da yayımladı. Uest Midlends əyalətində baş vermiş hadisədən sonra şəxsiyyəti naməlum saxlanılan 15 yaşlı qız və ona köməklik göstərən 14 yaşlı oğlan polis tərəfindən saxlanılıb. Yeniyetmə qız dini ayrı-seçkiliklə təxribat törətməkdə ittiham olunur. Qeyd edək ki, saxlanılanlar daha sonra təminatla azadlığa buraxılıblar. Hadisəyə dair şəkillər isə qızın profilindən yığışdırılıb.
DOSTLARINLA PAYLAŞ: