15 oğlanı 58 dəfə zorladı və videoya çəkdi
23 İyul 2013 Çərşənbə Axşamı 20:03
Peçora sakini 7 yaşdan 15 yaşa kimi oğlan uşaqlarını qurban seçirmiş.
Rusiyanın Komi Respublikasında Peçora şəhərinin 46 yaşlı sakini Mixail Xozyainova məhkəmə 23 il iş kəsib. ANS PRESS Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi saytına istinadən bildirir ki, Xozyainov bir neçə il ərzində 15 uşağı dəfələrlə zorlayıb və bunu da videoya çəkib.
Mixail Xozyainov iddi recimli cəza müəssisəsində həbsdə yatacaq. Həmçinin o, 500 min rubl (təxminən 15 min dollar) cərimə edilib. Ona 20 il ərzində vəzifə tutmaq da qadağan edilib. Məhkəmə zərər çəkənlərin ailələrinə dəyən mənəvi zərərə kompensasiya kimi 1,2 milyon rubl (37,5 min dollar) kəsib.
İstintaq materiallarına görə, Mixail Xozyainov 2005-ci ildən 2012-ci ilə kimi oğlan uşaqlarını Peçorada binaların blok girişlərində, çardaqlarda, kirayələdiyi mənzillərdə zorlayırmış. Uşaqbazın qurbanları 7 yaşdan 15 yaşa kimi olurmuş. O, gələcək qurbanları ilə psixoloji kontakt qururmuş və onlara pul təklif edirmiş, daha sonra hər şeyi videoya çəkirmiş. 2012-ci ilin may ayında zərərçəkənlərin birinin anası polisə müraciət edib. Nəticədə Mixail Xozyainov həbs edilib. İstintaq zamanı bəlli olub ki, o, uşaqlara qarşı 58 zorlama əməli edib. Onun çəkdiyi videolar bütünlükdə 58 saatdır.
DOSTLARINLA PAYLAŞ: