15 min nəfərlik toy
16 Noyabr 2009 Bazar Ertəsi 10:35
Türkiyədə 15 min nəfərlik toy keçirilib. Toy 7 gün davam edib.
Türkiyədə qeyri-adi toy mərasimi keçirilib. Batman rayonunda yerli Zilan şeyxlərindən olan Şeyx Selman Bağdu adlı gəncin toyunda 15 min nəfərə yaxın qonaq iştirak edib. Toy mərasimi 7 gün 7 gecə davam edib. Onun üç günü Zilan Türbəsində keçirilib. Musiqisiz keçirilən toyda bəy-gəlin bəyin şeyx atası və babasının məzarı başında dua ediblər.

Qonaqlara yemək vermək üçün mərasimdə 3 ton ət, 10 ton düyü, 25 min çörəkdən istifadə edilib. Toyun yeməklərini 5 aşbaz və onların 50-yə yaxın köməkçisi bişirib.

Gəlin maşınını isə yüzlərlə başqa avtomobil müşayiət edib. Nəticədə metrlərlə maşın karvanı yaranıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar