149 "Əl-Qaidə" üzvü həbs edilib
26 Noyabr 2010 Cümə 22:10
Səudiyyə Ərəbistanında terror təşkilatına ağır zərbə vurulub
Son 8 ayda Səudiyyə Ərəbistanında “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan 149 adam həbs edilib. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri açıqlama yayıb. Nazir qeyd edib ki, bu həbslərlə də ölkədə yüksək rütbəli məmurlara, hüquq-mühafizə orqanları əməkdaşlarına və jurnalistlərə hücumların qarşısı alınıb.

Həmçinin ölkənin xüsusi xidmət orqanları müqəddəs Həcc ziyarəti zamanı "Əl-Qaidə" üzvləri tərəfindən toplanmış 600 min dolları da müsadirə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar