145 min neferin ölkeye girişine qadağa qoyuldu
05 Avqust 2013 Bazar Ertəsi 22:24
Müeyyen olunmuş vaxtdan çox qalan, emek statusunu resmileşdirmeyen ve risk qrupuna aid edilen miqrantların sayı 3 milyondan çoxdur.
Rusiya qanunvericiliyini pozduqlarına görə 145 mindən çox əcnəbiyə bu ölkəyə girişinə qadağa qoyulub. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Federal Miqrasiya Xidmətinin (FMX) xarici vətəndaşlarla işin təşkili departamentinin rəis müavini Dmitri Demidenko bildirib.
“2013-cü ilin əvvəlindən biz 145 mindən çox əcnəbiyə Rusiyaya girişinə qadağa tətbiq etmişik. Biz bu işi davam edəcəyik”, deyə Demidenko vurğulayıb.
Onun sözlərinə görə, FMX-nın informasiya resurslarına əsasən, Rusiya ərazisində müəyyən olunmuş vaxtdan çox qalan, əmək statusunu rəsmiləşdirməyən və risk qrupuna aid edilən miqrantların sayı 3 milyondan çoxdur.
“Gələcəkdə bütün bu şəxslər Rusiyaya giriş hüququndan məhrum olunmalıdır” deyə Demidenko bəyan edib.
DOSTLARINLA PAYLAŞ: