14 yaşlı qız qohumu tərəfindən zorlandı
18 May 2014 Bazar 03:32
Qızın yaxınları hadisədən sonra yaşadıqları kəndi tərk etmək məcburiyyətində qalıb.
Türkiyədə yaşadıqları hadisəyə görə ailələrdən biri kəndlərindən köçməli olub.
ANS PRESS-in məlumatına görə, Türkiyədə Şanlıurfanın Sivərək rayonunda 15 yaşlı E.Ö. adlı oğlan qohumu olduğu deyilən 14 yaşlı S.Ö.-yə qarşı cinsi təcavüz etdiyi üçün həbs edilib.
S.Ö.-nün yaxınları isə hadisədən sonra yaşadıqları kəndi tərk etmək məcburiyyətində qalıb.
Sivərək rayonunun Əkinbaş kəndində qohumlar arasında baş verən hadisə bir neçə gün əvvəl yaşanıb. Məktəbdən çıxan qız tarla yolundan keçərkən qoyun otaran oğlan qohumu ilə rastlaşıb. 15 yaşlı oğlan qohumuna qarşı seksual hərəkətlər edərək, ona cinsi təcavüz edib. Daha sonra ağlayaraq evə gedən S.Ö. dərhal ailəsi tərəfindən Sivərək Dövlət Xəstəxanasına çatdırılıb. Hadisədə 14 yaşlı qızın çoxlu qan itkisi ilə üzləşdiyi səbəb göstərilərək, Şanlıurfanın şəhər mərkəzi xəstəxanasına göndərilib.
Zərərçəkən ailənin şikayəti ilə qohumu E.Ö. polislər tərəfindən saxlanılıb. İzahatda etdiyi hərəkəti boynuna alan E.Ö. məhkəmə tərəfindən verilən qərarla həbs edilib.
Qeyd edək ki, xəstəxanada müalicəsi davam edilən qız uşağının isə müvafiq qurumlar tərəfindən himayəyə götürüləcəyi bildirilib.
DOSTLARINLA PAYLAŞ: