136 jurnalist həbsdədir
08 Dekabr 2009 Çərşənbə Axşamı 18:55
2009-cu ildə dünyada həbsdə olan jurnalistlərin sayı artıb
“Jurnalistlərin Müdafiə Komitəsi” adlı təşkilat maraqlı bəyanat yayıb. Məlumata görə, hazırda dünyanın müxtəlif ölkələrində ümumilikdə 136 jurnalist "dəmir barmaqlıqlar" arxasındadır.

Həbsdə olan jurnalistlərin sayı 2008-ci ilin göstəricisi ilə müqayisədə 11 nəfər artıb.

Məlumata görə, Çin, İran, Kuba, Eritreya və Myanma (Birma) 26 ölkədən ibarət olan siyahıya başçılıq edir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar