13 yaşlı qoca
03 Fevral 2010 Çərşənbə 09:55
13 yaşlı qız 50 yaşlı qadına bənzəyir
İngiltərədə yaşayan 13 yaşlı qız nadir xəstəlikdən əziyyət çəkir. Azyaşlı olmasına baxmayaraq, Zara Hartsorn 50 yaşlı qadına oxşayır. Buna səbəb isə lipodistrofi adlanan genetik pozğunluqdur.
Xəstəlik Zaranın dərisinin altındakı yağları yox edir və onun yaşlı görünməsinə yol açır.

"New York Post" qəzetinə müsahibə verən Hartsorn insanların ona "nənə, meymun" kimi adlarla müraciət etdiyini deyib. "Bu mənə pis təsir edir. Çox vaxt ayaqyoluna gedirəm və ağlayıram".

Qeyd edək ki, dünyada 2 min adam bu xəstəlikdən əziyyət çəkir.

Xəstəliyin müalicəsi hələlik tibbə məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar