13 yaşlı qız zorlandı
05 İyun 2013 Çərşənbə 10:13
Zorlanan 13 yaşlı qız polisə şikayət etdiyinə görə ölümə məhkum olunub.
Ağsaqqallar şurası zorlanan qızın ailəsindən baş verən rüsvayçılıqdan yaxa qurtarmaq üçün onu öldürməyi tələb ediblər. “Daily Mail” yaydığı məlumata görə, hadisə Pakistanın Kəraçi şəhərinin yaxınlığında yerləşən qəsəbələrin birində baş verib. Qəsəbənin ağsaqqalları təcavüzə məruz qalan 13 yaşlı Kainat Somroya qarşı polisə onu zorlayanlardan şikayət etdiyinə görə ölüm hökmü çıxarıb. Məlumatı yayıb.
Məlumata əsasən, 4 oğlan Kainatın üzərinə hücum çəkiblər və növbə ilə onu zorlayıblar. Lakin ağsaqqalların mövqeyinə görə, qız bu barədə susmaq əvəzinə, üstəlik təcavüzkarlardan polisə şikayət etməyə də cürət edib. Hadisə barədə xəbər tutan qəsəbə icması belə bir qərara gəlib ki, qız bu hərəkəti ilə öz ailəsini rəzil-rüsvay edib və milli adətləri pozub.
Qızın atasına və qardaşına dikbaşlıq edən Kainatı öldürməyə hansının boyun olacağı barədə suallar verilib. Lakin qızın doğmaları ölüm hökmünü icra etməkdən imtina ediblər və ədalət məhkəməsi qarşısında Kainatın qaldırdığı iddia ilə bağlı onu dəstəkləyiblər.
Bundan sonra onların Pakistandakı həyatı əsl cəhənnəmə çevrilib. Qızı “üzüqara bakirə” adlandırıblar, Kainatın atasını isə bir neçə dəfə küçədə möhkəm döyüblər. Ürəkləri soyumayan qəsəbə sakinləri azyaşlı qızın qardaşını da öldürüblər.
“Onlar mənə dedilər ki, əgər bacını öldürə bilməmisənsə, deməli sən kişi deyilsən!” – deyə, Kainatın digər qardaşı Sabir bildirib.
Ailə nəhayət ki, Kəraçi şəhərinə köçərək, məhkəmənin başladılmasına nail olub və özünə vəkil tutub. Lakin məhkəmədə hakim Kainatın qaldırdığı iddiaları “azyaşlı qızın fantaziyaları” adlandırıb.
DOSTLARINLA PAYLAŞ: