13 yaşlı məktəbli sinifdə nüvə reaktoru yığdı
06 Mart 2014 Cümə Axşamı 23:32
Yeniyetmə dünya üzrə nüvə sintezi prosesini sıfırdan başlayaraq iki hidrogen atomunu birləşdirməklə helium alan ən gənc adamdır.
13 yaşlı britaniyalı Ceymi Edvards dünya üzrə nüvə reaktorunun ən gənc yaradıcısıdır.
ANS PRESS-in məlumatına görə, yerli fizika institutu onunla əməkdaşlıq etməkdən imtina etdiyinə görə, oğlan öz qurğusunu sinif otağında yığmağa məcbur olub. Yeniyetmə dünya üzrə nüvə sintezi prosesini sıfırdan başlayaraq iki hidrogen atomunu birləşdirməklə helium alan ən gənc adamdır.
Ceymi dərslərdən sonra Preston Akademiyasında məşğul olur, uzun illərdir ki, radiasiya şüalanması ilə maraqlanıb. Bir dəfə o, milad hədiyyəsi kimi aldığı pula Heyger sayğacı alıb.
Amerikalının uğurlarını yenidən təkrarlamaq niyyətinə düşən oğlan nüvə laboratoriyalarının və universitet kafedralarından yardım istəyib, amma onlar oğlanı ciddi qəbul etməyiblər. Ona görə də təcrübə üçün məktəb laboratoriyasını seçib. İşdə Ceymiyə məktəb direktoru Cim Huriqan yardım edib, layihə üçün məktəb büdcəsindən $4500 ayırıb.
DOSTLARINLA PAYLAŞ: