13 nəfərin öldüyü həbsxanada növbəti yanğın
19 İyun 2012 Çərşənbə Axşamı 06:02
Tüstüdən zəhərlənən məhkumlar polis və jandarm qüvvələrinin nəzarətində həbsxananın həyətinə çıxarılıb.
Keçən həftə 13 nəfərin ölümü ilə nəticələnən yanğından sonra Türkiyənin Urfaq şəhərindəki həbsxanada ötən axşam növbəti dəfə yanğın baş verib. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, həbsxananın yetişkinlər olan hissəsində baş vermiş hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Yanğından müdafiə briqadalarının müdaxiləsi ilə baş vermiş yanğının qarşısı alınıb.

Yanğından sonra tüstüdən zəhərlənən məhkumlar polis və jandarm qüvvələrinin nəzarətində həbsxananın həyətinə çıxarılıb. Məhkumların qaçma ehtimalına qarşı həbsxanada təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, həbsxanada olan yaxınlarının taleyindən narahat olan məhkum qohumları isə həbsxananın qarşısında toplanıb. Məlumata görə, məhkum qohumları ilə təhlükəsizlik qüvvələri arasında insident baş verib. Həbsxananın qarşısında toplaşmış qrupun daşlı hücumuna məruz qalan polis qrupa göz yaşardıcı qazla müdaxilə edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar