120 yaşlı təzə bəy
27 Oktyabr 2011 Cümə Axşamı 15:46
120 yaşlı təzə bəy. Hindistanda unikal sayılacaq toy baş tutub.
Hindistanın Karimqanc dairəsinin Assam ştatında 120 yaşlı qocaya toy çalınıb. ANS PRESS-in "Times of India"ya istinadən verdiyi məlumata görə, Hazi Abdulla Noor adlı 120 yaşlı “təzə bəy”in arvadı 60 yaşlı Samoi Bibi adlı qadın olub.

Toy mərasimində 500-dək qonaq iştirak edib. Bu Hazi Abdulla Noorun sayca ikinci toyu olub. 120 yaşlı qocanın birinci həyat yoldaşı 2005-ci ildə dünyasını dəyişdikdən sonra qoca övladlarından ona yenidən toy etmələrini xahiş edib. “Belə yaşlı insana həyat yoldaşı tapmaq çətin məsələ idi. Allahın köməkliyi ilə biz buna nail olduq”, - deyə 120 yaşlı “təzə bəy”in oğullarından biri bildirib.

Qeyd edək ki, 60 yaşlı Samoi Bibi Hazi Abdulla Noorla ailə qurmaqala 122 nəfərlik bir ailənin üzvlərindən olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar