120 kilometr uzunluğunda nəhəng tıxac
02 Sentyabr 2010 Cümə Axşamı 20:20
Çində təqribən 10 min maşının magistral yolda qalıb.
Çində paytaxt Pekini ölkənin qərb regionları ilə birləşdirən magistralda uzunluğu 120 kilometrdən çox olan nəhəng tıxac yaranıb. “CCTV-News” televiziya kanlının verdiyi məlumata görə, G110 magistralında təqribən 10 mindən çox avtomobilin qaldığı ehtimal olunur. Hazırda hökumət yaranmış vəziyyətdən çıxış yolu kimi əraziyə xeyli sayda tənzimləyicinin cəlb olunması barədə göstəriş verib.
Yolda qalan avtomobillərin əksəriyyətinin kömür daşıyan yük maşınları olduğundan problemin həlli daha da çətinləşib. Belə ki, uzun müddət tıxacda qalan ağır tonnajlı avtomobillərin yerindən tərpənməsi belə çox vaxt apardığından polis çıxılmaz vəziyyətdə qalıb. Bunun üçün əraziyəcəlb olunmuş xeyli sayda polis magistral boyu səpələnərək səsgücləndiricilərlə sürücüləri hərəkəti başlamağa hazır olmaq üçün xəbərdar edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: